Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 12:08

Bakıda silahlı insident olub


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Hadisə oktyabrın 25-dən 26-na keçən gecə Xətai rayonu ərazisində qeydə alınıb.

Xətai rayon Polis İdarəsinin əməliyyatçısı güllələnib. Polis zabiti xəstəxanaya yerləşdirilib.

Polis idarəsindən APA-ya faktı təsdiq ediblər. Polis əməkdaşının adı açıqlanmasa da, hadisəni törədən şəxsin artıq tutulduğu bildirilib. İnsidentin motivi də hələlik açıqlanmır.

***

Bakıda polisin güllələnməsi olayının təfərrüatı məlum olub.

Lent.az-ın məlumatına görə, gecə saatlarında 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı İltifat Bayramov digər polis əməkdaşları ilə birgə bölmənin ərazisinə gecə gəzintisinə çıxıb. Polis əməkdaşları R.Məmmədov küçəsi 12 ünvanında şübhəli hesab etdikləri şəxsi, əvvəllər məhkum olunmuş Yevgeny Antonov-u saxlamaq istəyiblər. Bu zaman Y.Antonov «Naqan» tipli tapançadan polislərə 4 dəfə atəş açıb.

Güllələrdən biri İ.Bayramovun buduna tuş gəlib və onun sol budunun yuxarı üçdə bir hissəsini dəlib keçib.

Yaralı polis zabiti əvvəlcə 3 saylı şəhər xəstəxanasına, oradan da DİN-in hospitalına aparılıb.

XS
SM
MD
LG