Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:38

Bakı-Qərb münasibətləri bir həftə sonra


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

«Yeni Müsavat» qəzeti yazır ki, qarşıdakı illər hər mənada - istər daxili amillər olsun (neftin ucuzlaşması, manatı gözləyən təhlükələr, mümkün sosial-iqtisadi kolliziyalar), istərsə də xarici amillər toplusu (Rusiya faktoru, İŞİD və başqa radikal ekstremist ünsürlərdən gələn təhdidlər, transxəzər qaz layihələrinin taleyi, balans siyasətini davam etdirməyin çətinləşməsi və s.) baxımından hakimiyyət üçün kifayət qədər təlatümlü gözlənilir. Bu üzdən iqtidarın növbəti parlamentin əvvəlkindən daha sözəbaxan olmasında maraqlı olması dəqiqdir.

Cəmi bir həftə sonra - 1 noyabr seçkilərinin nəticələrinə Qərbin - ABŞ və Avropanın, demokratiya paytaxtlarının reaksiyasından bunun konturlarını görə biləcəyik. Bir məsələ var ki, rəsmi Bakı və Qərb yeni mərhələdə heç vaxt olmadığı qədər bir-birinə ehtiyac hiss edə bilər - əlbəttə ki, ilk növbədə bölgədə və onun ətrafında gedən proseslərdə Rusiyanın sürətlə artan roluna görə.

Bunu kim bilməsə də, rəsmi Bakı yaxşı dərk edir ki, Rusiya Azərbaycanın 1 nömrəli probleminin - Dağlıq Qarabağ məsələsinin həllində ciddi heç nə təklif etmədən Azərbaycanı qazanmaq, öz hərbi qüvvələrini Dağlıq Qarabağa yeritmək istəyir.

Azərbaycan bu cür qorxulu perspektivdən yalnız Qərblə, xüsusən də ABŞ-la münasibətləri təcili qaydaya salmaqla, yəni Rusiyaya güclü alternativ qoymaqla qaça bilər. Bu mənada seçkidən sonra Bakının Qərb strategiyasında pozitivə doğru dəyişiklik istisna deyil. Bunun kulminasiya nöqtəsi isə Azərbaycan prezidentinin noyabrda Antalyada keçiriləcək G-20 sammitinə qatılması ola bilər.

AzAL
AzAL

«AZAL» ÜÇÜN 15 MİLYARD NECƏ GÖYƏ SOVRULDU

«Azadlıq» qəzeti yazır ki, Azərbaycanda dövlət vəsaitinin mənimsənildiyini və effektiv xərclənmədiyini daha bir fakt təsdiqləyir. Baş nazirin müavini Abid Şərifov Bakıda keçirilən Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclasında çıxışı zamanı deyib ki, Azərbaycanda son 10 ildə aviasiyanın inkişafına 15 milyard dollar yatırılıb.

İqtisadçı Nemət Əliyev bildirib ki, açıqlanan rəqəmlər bir daha dövlət maliyyə vəsaitlərinin xərclənməsinin qeyri-səmərəli həyata keçirildiyini deməyə əsas verir: «Axı hava limanı tikərkən, yeni təyyarələr alarkən bu addımların iqtisadi cəhətdən nə dərəcədə səmərəli olub-olmadığı müəyyən edilməlidir. Qərb ölkələrində investisiya yatıran şəxslər bu istiqamətdə ciddi araşdırma aparır, gələcəyə hesablanan rəqəmləri gözdən keçirir, reallaşan proyektin özünü neçə ilə doğruldacağı üzərində düşünülür. Amma Azərbaycanda iri maliyyə vəsaitlərini xərcləyən sahibkarlar, dövlət məmurları üçün bu qaydalar önəmli deyil. Axı nəyə görə bunlara maraqlı olmasın? Çünki bu şəxslər özlərini cəzasız mühitdə hiss edirlər. Onlar illərdir etdiklərinə görə cəza almadıqlarından fəaliyyətlərini daha da inkişaf etdiriblər».

N.Əliyevin sözlərinə görə, Azərbaycanın bölgələrində inşa edilən hava limanları iqtisadi cəhətdən səmərəsizdir. Onlar öz xərclərini ödəyə bilməz. On il ərzində aviasiya sahəsinə 15 milyardın yatırılmasının «korrupsiyanın yaratdığı iştaha» adlandıran N.Əliyev bildirib ki, bu sahədə ciddi pozuntulara yol verənlər qanunun tələblərinə uyğun olaraq sərt şəkildə cəzalandırılmalıdırlar.

Bakıda Aşura.
Bakıda Aşura.

MƏHƏRRƏMLİKDƏ TOY ETMƏK OLARMI?

«Məhərrəmlikdə toy etmək olarmı?» – modern.az portalı bu suala cavab tapmağa çalışıb.

Məşədi Dadaş Məscidinin imam-camaatı Hacı Şahin Həsənli Məhərrəm ayını matəm ayı kimi dəyərləndirib. Hacı bildirib ki, Kərbəla şəhidlərinin xatirəsini əziz tutmaq üçün müsəlmanlar bu ayda şadlıq mərasimlərindən imtina ediblər: «Amma bu şəriət hökmü deyil, mənəvi borcdur. Məhərrəm ayının xüsusi hökmləri yoxdur».

İlahiyyatçı Elşad Miri isə deyib ki, İslamda hər hansı ayda, gündə toyla bağlı bir qadağa yoxdur: «Əgər qadağa olsaydı, peyğəmbərimizin 3 qızının, xanımlarının ( hansı ki, «Qurani-Kərim»də onlar möminlərin anaları adlandırılıb) özünün vəfat etdiyi gündə, yaxud 124 min peyğəmbərin öldüyü günlərdə toy etməzdik. Yüz minlərlə peyğəmbər və 365 günlük bir təqvim… Onda bizim təqvimimiz ancaq qara olardı».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG