Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 21:39

-

Rusiyalı deputat deyir ki, Suriya prezidenti Bashar al-Assad parlament və prezident seçkisi keçirməyə hazırdır.

“O, Suriyanın çiçəklənməsini istəyən bütün siyasi qüvvələrin iştirakıyla seçki keçirməyə hazırdır,” Kommunist partiyasından deputat Aleksandr Yushchenko deyib. Deputat açıqlamanı Dəməşqdə Rusiya parlament nümayəndə heyətinin üzvü kimi Assad-la görüşdən sonra verib.

Yushchenko Assad-a istinadla onu da deyib ki, “Suriya xalqı lazım bilsə, özü də prezidentliyə namizədliyini verə bilər”.

Suriya dövlət mediasının yazdığına görə, Assad nümayəndə heyətinə söyləyib ki, “terrorçu qrupların məhvi” Suriya və Rusiyanın istədiyi siyasi həllə gətirib çıxaracaq.

Rusiya Assad-ın əsas müttəfiqidir və onun ölkədə münaqişənin həllində iştirakının vacibliyini vurğulayır. Qərb isə israr edir ki, Assad Suriyanın gələcəyinin bir hissəsi ola bilməz.

XS
SM
MD
LG