Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Bəzi vergi yoxlamaları dayandırılır


Fazil Məmmədov vergilər naziri
Fazil Məmmədov vergilər naziri

-

İllik dövriyyəsi 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar yoxlamalar dayandırılır.
Bu barədə Vergilər Nazirliyinin oktyabrın 25-də keçirilən kollegiya iclasında qərar qəbul edilib.

Nazirlikdə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında adıçəkilən nazirliyin qarşısında qoyulmuş tapşırıqlara həsr olunmuş kollegiya iclası keçirilib.

İclasda çıxış edən vergilər naziri Fazil Məmmədov bildirib ki, 2015-ci ilin 9 ayında Vergilər Nazirliyi dövlət büdcəsinə 5 milyard 94,2 milyon manat vəsaitin toplanıb. Bununla da proqnoza 100,5% əməl edilib.

70 MİN VERGİ ÖDƏYƏYİCİSİ...

Vergilər Nazirliyi
Vergilər Nazirliyi

F. Məmmədov illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib.

Bildirilib ki, bu 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək.

Cari ilin 9 ayı ərzində bu qəbildən olan nəzarət tədbirlərinin sayı 20 mindən çox olub.

NÖQSANLAR HƏLƏ DƏ VAR...

Əldə olunmuş nəticələrə baxmayaraq, nazir deyib ki, hələ də vergi orqanlarının fəaliyyətində bir sıra ciddi nöqsanlar var, əlavə edib ki, vergi orqanları əməkdaşlarının etik davranış məsələlərinə nəzarətin artırılması, daxili nəzarət tədbirlərinin gücləndirilnməsi vacibdir.

Vergilər naziri korrupsiya və vəzifəsindən sui-istifadə etmə hallarına yol verən əməkdaşlar barədə daha sərt tədbirlərin görülməsi, fəaliyyətində korrupsiyaya cəhd elementləri aşkar edilmiş əməkdaşlara münasibətdə intizam tədbirləri görülmədən onların dərhal işdən azad edilmələri barədə tapşırıq verib.

XS
SM
MD
LG