Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

4 min adam qan verib


Foto arxiv.
Foto arxiv.

-

Aşura günü ilə bağlı Azərbaycanda keçirilən qanvermə aksiyasında 4000 adam qan verib.

Bu haqda APA-ya B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Onun dediyinə görə, yığılan qan infeksiyalara görə yoxlanılacaq: «Bu, mütləqdir. Bakı şəhərində yığılan qan bizim İnstitutda, regionlarda yığılan qan isə Mərkəzi Qan Bankının rayonlardakı şöbələrində yoxlanılacaq».

Direktor qeyd edib ki, qan əsasən 18-60 yaş arası sağlam insanlardan götürülür.

Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb. Aksiyalar ölkənin 14 məscidində keçirilir.

XS
SM
MD
LG