Keçid linkləri

Təcili xəbərlər
2023, 22 Mart, çərşənbə, Bakı vaxtı 03:34

Moskva Suriya müxalifətinə kömək edəcək


Sergei Lavrov

-

Moskva Suriyada terrorla mübarizə çərçivəsində müxalifətdə olan «Azad Suriya ordusu»nun qurudakı əməliyyatlarına havadan dəstək verməyə hazırdır.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov «Rossiya-1» telekanalına müsahibəsində belə deyib.

Oktyabrın 24-də Lavrov Misirin xarici işlər naziri Sameh Shoukry ilə də danışıb. Rusiya XİN-in yaydığı məlumata görə, tərəflər Yaxın Şərqdə terror əleyhinə və Suriya münaqişəsinin həlli yönündə əməkdaşlıqla bağlı razılığa gəliblər.

Ötən gün - oktyabrın 23-də ABŞ dövlət katibi John Kerry bəyan etmişdi ki, Vaşinqton Rusiyanın «İslam dövləti» ekstremist qruplaşmasıyla mübarizədə göstərəcəyikonstruktiv dəstəyi alqışlayacaq.

XS
SM
MD
LG