Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:49

Azərbaycanın əməkdar artisti vəfat edib


Gülnar Salmanova
Gülnar Salmanova

-

Əməkdar artist Gülnar Salmanova vəfat edib.

Bu barədə teleaparıcı İradə İsaq «Facebook» səhifəsində məlumat paylaşıb.

Şəkər xəstəsi olan və dializ qəbul edən aktrisa kimsəsiz, baxımsız qaldığı üçün sosial şəbəkədə ona maddi dəstək üçün qrup yaradılmışdı. Təşəbbüskarlardan biri İradə İsaq olub.

G.Salmanovanın vəziyyəti oktyabrın 19-da ağırlaşdığı üçün Sabunçu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şixəmmədov APA-ya deyib ki, aktrisa ilə vida mərasimi oktyabrın 25-də saat 11:00-da Arif Heydərov küçəsi, 25 ünvanında yerləşən mənzilində keçiriləcək: «Dövlət Musiqili Teatrının rəhbərliyinin müraciəti əsasında əməkdar artist Gülnar Salmanova şəhər qəbiristanlığında dəfn olunacaq. Dəfn mərasimində Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, teatrın kollektivi iştirak edəcək».

Musiqili Komediya Teatrının aktrisası olan Gülnar Salmanova 2001-ci ildə əməkdar artist fəxri adına, 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.

XS
SM
MD
LG