Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 12:55

Sürgündə olan Kurmanbek Bakiev-in memuarları çap olunub


Kurmanbek Bakiev
Kurmanbek Bakiev

-

Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiev 2014-cü ilin noyabrından kitab yazmağa başlayıb. Özünün dediyinə görə, kitabı bu yay artıq hazır imiş, amma dərhal çapa vermək fikrindən yayınıb, ölkəsi parlament seçkilərinə hazırlaşdığına görə. «Sonra deməsinlər ki, işə qarışır, aranı qarışdırır» – deyə keçmiş prezident qeyd edir.

200 səhifəlik, illüstrasiyalı kitab 19 fəsildən ibarətdir. Fəsillər arasında belə başlıqlara rast gəlinir: «Hər şey belə başladı», «Qonşuları Tanrı verir», «Mart inqilabi barədə», «Ümumi ədavət zamanı», «Bişkekdə 7 aprel», «2010-cu ilin iyununda faciəli günlər».

«HƏR RƏHBƏRİN HƏYATINDA ELƏ GÜNLƏR OLUR Kİ....»

«Hər bir rəhbərin həyatında elə günlər olur ki, o, özünü xüsusilə məsuliyyətli aparmalı, hər dediyi sözü ölçüb-biçməli, hər addımını götür-qoy etməlidir. Bu kitab Kurmanbek Bakiev-in məhz həmin dövr həyatı barədə xatirələrdir...» – kitabın annotasiyasında belə deyilir.

Kitab rus və qırğız dillərində 2000 tirajla çıxıb.

NÜFUZLU RAYONDA YAŞAYIR, İCTİMAİ YERLƏRDƏ GÖRÜNMÜR

Kurmanbek Bakiev 2010-cu ildən Belarusda yaşayır. Ölkəsində ona dinc nümayişçiləri güllələmək əmri verdiyinə görə ömürlük həbs cəzası kəsilib. Bakiev 2010-cu ilin aprelində ölkəsində hökumət əleyhinə mitinqlərdən sonra prezident postundan devrilib. Bir neçə gün davam edən mitinqlərdə 80-dən çox adam ölüb. Aprelin 15-də Bakiev ailəsi ilə birlikdə Qazaxıstanın hərbi təyyarəsində Qazaxıstanın cənubundakı Taraz şəhərinə gətirilib. Aprelin 20-də Belarus prezidenti Alyaksandr Lukashenka elan edib ki, Bakiev ailəsi ilə birlikdə Minskdədir.

Vladimir Putin və Kurmanbek Bakiev
Vladimir Putin və Kurmanbek Bakiev

AzadlıqRadiosunun Belarus xidmətinin əldə etdiyi məlumata görə, hazırda Kurmanbek Bakiev Minskdə, nüfuzlu Vesninka rayonunda yaşayır. Bu bölgədə əsasən yüksəkçinli məmurlar məskunlaşıb. Bakiev, demək olar ki, ictimai yerlərə çıxmır. Çox nadir hallarda ölkəsində baş verənləri şərh edir. 2011-ci ildə Belarusda hərbi zavoda rəhbər təyin olunması barədə yayılan məlumatları təkzib edib.

Keçmiş prezidentin Belarusda mülki nikahda olduğu həyat yoldaşı və iki uşağı ilə birlikdə yaşadığı deyilir. 2011-ci ildə qırğız qəzeti «Ayat-press»ə müsahibəsində Nazgul Tolomusheva etiraf edib ki, 1995-ci ildən, 16 yaşından Bakiev-lə birlikdə yaşayır. İnternetdə Bakiev-in gənc qadınla fotosuna da rast gəlinir, həmin fotoda onların qucağında bir qız və bir oğlan uşağı var.

«EKSTRADİSİYA CƏHDLƏRİ NƏTİCƏSİZ QALACAQ»

Kurmanbek Bakiev, onun Tatyana Bakieva-dan olan iki oğlu – Marat və Maksim və kiçik qardaşı Janysh İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Rəsmi Minsk Kurmanbek Bakiev və onun ailə üzvlərini Bişkekə təhvil verməkdən imtina etdiyinə görə 2012-ci ilin avqustunda Qırğızıstanın Belarusdakı səfiri geri çağrılıb. Səfirlik üç ildən sonra öz işini bərpa edib.

2013-cü ildə Bakiev elan edib ki, onu Belarus hakimiyyətindən ekstradisiya etmək tələbi nəticəsiz qalacaq. Bildirib ki, 2010-cu ildən Belarus vətəndaşıdır və qanunvericilik ekstradisiyanı nəzərdə tutmur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG