-
Rusiya xarici işlər naziri Sergei Lavrov və ABŞ-ın Dövlət katibi John Kerry oktyabrın 23-də Suriya böhranını müzakirə edəcəklər.
Görüş Vyanada, Türkiyə və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin iştirakıyla keçiriləcək.
Bu görüşdən 3 gün öncə Suriya prezidenti Bashar al-Assad Moskvaya qəfil səfər edib. Vaşinqton Assad-ın Rusiyada təmtəraqla qarşılanmasını pisləyib.
Üç həftə əvvəlsə Rusiya Suriyaya hava zərbələrinə start verib. Vaşinqton və müttəfiqləri bu kampaniyanı tənqid edib.
Assad rusiyalı həmkarı Putin-ə deyib ki, müxalifət qrupları dialoq və İslam Dövləti qruplaşmadını məhv etmək istəyirsə, onlarla danışıqlara hazırdır. Bunu Vladimir Putin oktyabrın 22-də bildirib.