Keçid linkləri

Təcili xəbərlər
2023, 22 Mart, çərşənbə, Bakı vaxtı 23:31

Sərhədçilər İŞİD-çi tutduqlarını bildirirlər


Gürcüstan-Azərbaycan sərhədi.

-

Oktyabrın 15-də Zaqatala rayonunun Uzunqazmalar kəndi yaxınlığındakı sərhəd zastavasında Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Babək Şirinov saxlanılıb.

25 yaşlı Babək Şirinov Beyləqan rayonu I Şahsevən kənd sakinidir.

Dövlət Sərhəd Xidmətinin saytında yerləşdirilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, o, əvvəllər Suriyada İŞİD silahlı birləşmələrinin tərkibində döyüşüb. Sərhədi pozmaqda məqsədi Gürcüstana, oradan Türkiyəyə və daha sonra Suriyaya keçərək İŞİD-ə qoşulmaq olub.

Babək Şirinova vasitəçilik etdiyi deyilən Zaqatala rayonu Əliabad kənd sakini Əfqan Şamxalov da saxlanılıb.

XS
SM
MD
LG