Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:47

Kimlər sıradan çıxdı, kimlər önə keçdi?


Nazirlər Kabinetinin iclası.
Nazirlər Kabinetinin iclası.

-

«Hakimiyyətdaxili savaşın pik dövrü: Kimlər sıradan çıxdı, kimlər önə keçdi?» – «Azadlıq» qəzeti sual edir.

Qəzetin müşahidələrinə görə, savaşın şiddətlənməsi bir neçə qruplaşmanın, o cümlədən Ziya Məmmədov və Eldar Mahmudov qruplaşmalarının sıradan çıxması ilə nəticələnib: «Ziya Məmmədov son dövrələrə qədər hakimiyyətdə ən güclü fiqurlardan biri idi. Lakin bir müddət əvvəl nəqliyyat nazirinin «vurulması» prosesinə start verilib. Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin əhəmiyyətli hissəsi alınıb, Ziya Məmmədovun iqtisadi imperiyasına əl qoyulub və s. Artıq Ziya Məmmədov əvvəlki gücdə deyil. Onu savaşda tamamilə məğlub hesab etmək olar.

Eldar Mahmudova gəlincə, o, heç postunu da qoruya bilmədi. Hətta keçmiş nazirin həbs olunması məsələsi gündəmdədir».

Qəzet daha sonra yazır ki, bu savaşdan iki qruplaşma qalib çıxıb: Ramiz Mehdiyev və Fuad Ələsgərov qruplaşması. Ancaq «Azadlıq» «öndə olan iki qruplaşma» liderləri Fuad Ələsgərov və Ramiz Mehdiyev arasında münasibətlərin o qədər də yaxşı olmadığını da vurğulayır.

MTN
MTN

DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHD, YOXSA..?

«Ölkəni silkələyən generalitet həbsləri - dövlət çevrilişinə cəhd, yoxsa..?». «Yeni Müsavat» araşdırır.

Qəzet Milli Təhlükəsizlik Nazirliyində həyata keçirilən xüsusi əməliyyatla bağlı hüquq-mühafizə orqanlarının müfəssəl məlumat verməyə tələsməməsinə və 7 nəfərə qarşı ittihamlara diqqət çəkir:

«Bu maddələrin ikisi Cinayət Məcəlləsinin 33-cü – «Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər» fəslinə daxildir.

308.2 - vəzifə səlahiyyətlərindən istifadə etməklə seçkinin nəticələrinə təsir etmə, 309.1 - vəzifə səlahiyyətlərinin aşma adlanır. 302-ci maddə isə «əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma» ilə bağlıdır…

Belə görünür ki, «MTN işi» üzrə tutulanlar təkcə sahibkarları incitməkdə deyil, seçkilərin nəticəsinə təsir etməkdə suçlu bilinirlər».

İstintaqa yaxın olan mənbə «Yeni Müsavat»a deyib ki, hazırda «MTN işi» üzrə həbs olunan şəxslər icraçılar olub. Bu baxımdan onların həbsi kələfin ucunun istintaqın əlinə keçməsidir. Tutulanlardan alınacaq ifadələr seçkilərlə, sahibkarların incidilməsi ilə bağlı tapşırıqların konkret kimlərdən gəldiyini ortaya qoyacaq. Bundan sonra həbslərin yeni dalğası olacaq.

Biznes.
Biznes.

DƏYİŞİKLİKLƏR ƏHALİNİN ZİYANINADIR

«Bizə olan təzyiqlər heç siyasətçilərə də olmayıb» – «Bizim yol» yazır.

Qəzet Həsən Əliyev küçəsində tikinti materialları, mebel və məişət avadanlıqları satan sahibkarlarla söhbətləşib. Onlar sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 illik dayandırılması və lisenziyaların sayının minimuma endirilməsi haqda fikirlərini bölüşüblər.

«Təbliğat gedir ki, guya son dəyişikliklərlə sahibkarlar yağ-bal içində üzəcəklər. Xəbər başlıqları aldadıcı ola bilər. Dəyişiklikləri diqqətlə oxumaqlarını istəyirəm. Hə, yoxlamalar müvəqqəti dayandırılır. Axı bu o demək deyil ki, yoxlamalar olmayacaq. Yoxlamalar olacaq. Məmurlar, deputatlar çıxışlarında «sizdən qanunsuz tələblər barəsində prokurorluğa şikayət edin» deyə çağırışlar edirlər. Çağırış etmək asandır, amma bizə qarşı təzyiqlər olanda, biz həmin məmurlara və deputatlara şikayət edəndə cavab vermirlər. Sanki baş verən özbaşınalıqlardan xəbərsizdirlər». Bunu deyən Eldar daha sonra bildirir ki, sahibkarlara qarşı təzyiqlər yeni məsələ deyil.

O davam edir: «Demək olar ki, hansı qurumun tərkibində istintaq idarəsi varsa, hamısı bizi yoxlayıb, qanunsuz tələblər irəli sürüblər. Hətta bizim qiymət siyasətimizə də təsir göstəriblər, qiymətləri özləri müəyyənləşdiriblər. Sahibkarlara qarşı təzyiqlər heç siyasətçilərə də edilməyib. Nəyimiz varsa, əlimizdən alıblar».

Əli Əliyev isə bildirir ki, yaxınlarda bütün ticarət sahəsində qiymətlər qalxacaq: «Yoxlamaların dayandırıldığı təbliğ olunur, amma verginin artırılması onun qədər ictimailəşdirilmir. Qoy camaat bilsin ki, bizlik bir problem yoxdur… İstənilən qanunlar, dəyişikliklər əhalinin ziyanınadır. Təəssüf ki, əhaliyə acımırlar».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG