Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 06:02

AFFA U-21-ə xəbərdarlıq edildi


Foto arxiv

Oktyabrın 20-də AFFA-da Məşqçilər Komitəsinin iclası keçirilib.

Müzakirələrdən sonra 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadəyə Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı iki oyununda səhvlərdən nəticə çıxarılması, komandanın oyunlara daha yaxşı hazırlanması üçün bütün imkanlardan istifadə edilməsi tövsiyə olunub.

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sentyabrın 8-də "Avro-2017"nın seçmə mərhələsi çərçivəsində öz meydanında Almaniya millisinə 0:3 hesabı ilə məğlub olub.

İlk oyunda Farer adalarına 1:0 hesabı ilə qalib gələn Azərbaycan yığması 2-ci görüşdə də evdə Avstriyaya millisinə məğlub olub.

XS
SM
MD
LG