-
Milli Təhlükəsizlik Nazirliyinin həbs edilən zabitləri arasında olan generalı Natəvan Mirvətova 2013-cü ilin martında 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunub.
modern.az-ın məlumatına görə, Natəvan Mirvətova Bakı şəhərində doğulub, ixtisasca filoloqdur. O, MTN-in Əməliyyat-Texniki İdarəsinin rəisi vəzifəsini daşıyıb.
N.Mirvətovaya 2009-cu ilin martında ölkə başçısı tərəfindən general-mayor rütbəsi verilib.
Oktyabrın 19-da MTN-in 10-dək əməkdaşı həbs edilib. Onların barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Onlara qarşı CM-nin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.