Keçid linkləri

2017, 24 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:30

Davutoglu:"intiharçılardan biri müəyyəndir"


Ahmet Davutoglu

“Oktyabrın 10-da Ankarada partlayış törədən 2 intiharçıdan birinin kimliyi artıq müəyyənləşdirilib.”

Bunu oktyabrın 19-da A-Haber TV-yə müsahibəsində baş nazir Ahmet Davutoglu bildirib.

Qeyd edək ki, həmin vaxt Ankaranın əsas dəmiryol vağzalı ətrafında törədilən 2 partlayış 102 nəfər ölüb.

Davutoglu ikinci intiharçının kimliyinin müəyyənləşdirilməsi ilə bağlı istintaqın davam etdirildiyini bildirib.

Nazir qeyd edib ki, bu terror aktları ilə bağlı 15 nəfər saxlanıb və onlardan 4-dü hazırda həbsdədir.

Türkiyə rəsmiləri bundan əvvəl əsas versiyanın İslam Dövləti qrupu olduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG