Keçid linkləri

2024, 24 İyul, çərşənbə, Bakı vaxtı 11:00

Gömrükdən büdcəyə daxilolmalar azalıb


Gürcüstan-Azərbaycan sərhədində gömrük məntəqəsi.
Gürcüstan-Azərbaycan sərhədində gömrük məntəqəsi.

-

Dövlət Gömrük Komitəsindən büdcəyə daxilolmalar azalıb. Bu ilin yanvar- sentyabr aylarında ötən ilin müvafiq dövrünə nisbətən daxilolma 10 milyon 693.84 min manat azalıb. Komitənin açıqladığı statistikaya görə, azalma gömrük rüsumlarının hesabına baş verib. Bu xətt üzrə daxilolma 28 milyon manat azalıb.

İXRACLA DÖVLƏT MƏŞĞUL OLUB

9 ay ərzində ticarət əməliyyatları 8 milyard 530 milyon manat (35.73%) azalıb. Dövr ərzində ixracla dövlət, idxalla özəl sektor məşğul olub. İdxalın 5 milyard 128 milyon manatı özəl sektorun, 1 milyard 201 milyon manatı isə dövlət sektorunun payına düşüb. İxracın isə 7 milyardı dövlətin, 859 milyon manatı özəl sektorun payına düşüb .

HÜQUQPOZMALAR ARTIB

Dövr ərzində gömrükdə hüquqpozmalar da artıb. Keçən ilin 9 ayına nisbətən qaçaqmalçılıq 54 fakt artaraq 238, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi isə 49 fakt artaraq 169 olub. Təqsirləndirilən şəxslər 155 nəfər artıb (cəmi 507 nəfər).

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG