Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 12:49

Avtobuslara xüsusi zolaq ayrılır


Avtobus.

-

Yaxın günlərdə Bakı şəhərində müntəzəm sərnişin daşımalarını həyata keçirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi hərəkət zolaqlarının çəkilişinə başlanılacaq.

Bu barədə Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC məlumat yayıb.

Bildirilir ki, işlər aidiyyəti qurumlarla - Bakı şəhər İcra Hakimiyyəti və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmış şəkildə aparılacaq.

Bunun üçün ilkin olaraq 6 avtomobil yolu seçilib. Bu Bibiheybət yolu, Nobel prospekti, Yusif Səfərov, Salatın Əsgərova, Rəşid Behbudov və Əhməd Rəcəbli küçələridir. Bu istiqamətdə atılan addımlar özünü doğrultsa, işlərin digər bu kimi küçə və prospektlərdə də aparılması planlaşdırılır.

XS
SM
MD
LG