Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:42

Mərkəzi Bank məhkəməyə verildi


Mərkəzi Bank.
Mərkəzi Bank.

-

Azərbaycanda vətəndaş Mərkəzi Bankı devalvasiya qərarına görə məhkəməyə verib.

Bu barədə report.az məlumat yayıb.

Bildirilir ki, Sərvan Kərimov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib, Mərkəzi Banka qarşı vurulan zərərin ödənilməsi barədə iddia qaldırıb.

Sərvan Kərimov 13 423 ABŞ dolları maddi və 4 000 ABŞ dolları mənəvi zərərin cavabdehdən tutularaq ona ödənməsini tələb edir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib.

Qərardan narazı qalan vətəndaş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 manat səviyyəsində müəyyən edilib. Bununla da Azərbaycan manatı 33.4 faiz ucuzlaşıb.

XS
SM
MD
LG