Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Almaniya FİFA-ya rüşvət vermədiyini deyir


Almaniya Futbol Federasiyasının rəhbəri Reinhard Rauball
Almaniya Futbol Federasiyasının rəhbəri Reinhard Rauball

Spiegel adını çəkmədiyi mənbələrə istinadən yazıb ki, Almaniya təşkilat komitəsində FİFA-nın rəsmilərini ələ almaq üçün xüsusi fond yaradılıbmış

Almaniya Futbol Federasiyası Spiegel jurnalında dərc olunmuş iddiaya təkzib olaraq bildirir ki, 2006-cı ilin Dünya Futbol Kuboku çempionatına ev sahibliyini əldə etmək üçün FİFA İcraiyyə Komitəsinə iri məbləğdə pul ödəməyib.

Ölkənin futbol rəsmiləri bu ittihamları tamamilə əsassız adlandırıblar. Onlar deyiblər ki, federasiyanın heç bir nümayəndəsi belə bir maliyyə əməliyyatında iştirak etməyib.

Spiegel adını çəkmədiyi mənbələrə istinadən yazıb ki, Almaniya təşkilat komitəsində FİFA-nın rəsmilərini ələ almaq üçün xüsusi fond yaradılıbmış və orada 6 milyon dollaradək vəsait olub.

FİFA-da isə bu iddialara ciddi yanaşıblar və bu məsələyə hazırda davam edən təhqiqat zamanı baxmağı vəd ediblər.

Bundan əvvəl, ötən yayda 2018 və 2020-ci ilin dünya çempionatları üçün ev sahibliyinin Rusiya və Qətərə verilməsində qanunsuzluq iddiaları ilə bağlı qalmaqal yaşanıb.

XS
SM
MD
LG