Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Dekabr, bazar, Bakı vaxtı 03:18

Ankara partlayışlarında ölü sayı 102-ə çatdı


Foto arxiv

Ötən şənbə günü Ankarada törədilən partlayışlarda xəsarət alanlardan 3-ü keçinib.

Bu barədə oktyabrın 16-da ölkənin baş prokurorluğu məlumat yayıb.

Beləliklə ölənlərin sayı 102 nəfərə çatıb.

Prokurorluğun məlumatına görə, bu terror aktlarının təşkilində şübhəli bilinən 13 nəfər həbs olunub.

Baş nazir Ahmet Davutoglu ötən çərşənbə günü onlardan bir neçəsinin aylarla Suriyada olduqlarıbı və ola bilsin ki, İslam Dövləti qrupu və ya kürd yaraqlıları ilə əlbir olduqlarını deyib.

Daxili İşlər Nazirliyinin bir neçə səlahiyyətli əməkdaşı buna görə işdən kənarlaşdırılıb.

Onlar səhlənkarlıqda günahlandırılırlar.

XS
SM
MD
LG