Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Bir sıra lisenziyalar ləğv olunur


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

İqtisadiyyat və Sənaye Nazirliyinin verdiyi bir sıra lisenziyalar ləğv ediləcək.

Bu barədə qərar nazirliyin oktyabrın 15-də keçirilən kollegiya iclasında qəbul edilib.

Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı, satışı və əmtəə birjası sahəsində lisenziyaların ləğv olunacağı vurğulanır

Məlumatda deyilir ki, xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısına yenidən baxılaraq, sayının azaldılması barədə ən qısa zamanda təkliflər hazırlanacaq.

Nazirlər Kabinetinin 12 oktyabr iclasında prezident İlham Əliyev lisenziyaların çoxluğundan şikayət etmişdi.

XS
SM
MD
LG