Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 12:44

Astanada MDB sammiti keçirilir


MDB dövlət başçıları Astanada.
MDB dövlət başçıları Astanada.

-

Oktyabrın 16-da Qazaxıstanda Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası öz işinə başlayıb.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev də iclasda iştirak edir.

Qazaxıstana gələn dövlət başçılarının qarşılanma mərasimindən sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.

İclasda Qazaxıstan prezidenti Nursultan Nazarbaev MDB-nin sədri kimi ölkəsinin qurum çərçivəsində dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə çalışdığını deyib. O, sammitdə qəbul ediləcək qərarların qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyinə əminliyini bildirib.

XS
SM
MD
LG