Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 14:59

Ukrayna BMT TŞ-nın qeyri-daimi üzvü seçildi


Foto arxiv

Ukrayna BMT-Təhlükəsialik şurasının qeyri-daimi üzvü seçilib.

Həmçinin Misir, Yaponiya, Sneqal və Uruqvay 2016-2017-ci illlərdə şuranın qeyri-daimi üzvləri seçiliblər.

Ukrayna şurada Şərqi Avropa ölkələrini təmsil etmək mandatı qazanıb.

Ukraynanın nümayəndə heyəti seçki kampaniyası zamanı Rusiyanın veto qoymaq hüququna qarşı mübarizə aparacağını vəd eləmişdi.

Bu 5 ölkənin 2 illik mandatı yanvardan başlayır.

Onlar Litva, Çili, İordaniya,Çad və Nigeriyanı əvəz edəcəklər.

BMT-nin Təhlükəsizlik Şurasına 5 daimi üzv də daxil olmaqla 15 ölkə daxildir.

ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa daimi üzvlərdir və qərarlara veto qoymaq hüquqları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG