Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 22:47

MTRŞ aparıcıları izləyir


Nüşrəvan Məhərrəmli

“Televiziya və radio yayımı haqqında” qanunun tələbləri çərçivəsində aparıcıların efirdə davranışına nəzarət edirik. Efir mədəniyyəti, aparıcılıq səviyyəsi aşağı olan aparıcılarla bağlı qərar qəbul ediləcək”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, Şura aparıcıların efirdə davranışını diqqətlə izləyir.

Təvəkkül Dadaşov qeyd edib ki, bütün hallarda yayımçıların bu məsələdə özləri maraqlı olmalıdır: “Aparıcılar kanalların sifətidir. Onlar telekanalların nüfuzunu artıra və ya azalda bilər. Telekanal rəhbərliyi bu məsələdə daha diqqətli olmalıdır və bu telekanalları daha çox maraqlandırmalıdır”-deyə o bildirib.

XS
SM
MD
LG