Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:41

SOCAR 2 milyard manat kredit alacaq


SOCAR
SOCAR

-

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yaxın vaxtlarda Azərbaycan Beynəlxalq Bankından (ABB) ilk kredit tranşı alacaq.

Bu barədə jurnalistlərə ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

Vitse-prezident qeyd edib ki, kreditin ümumi həcmi 1.86 milyard manat olacaq: «Kreditin 1.26 milyard manatı Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi işlərinə, 600 milyon manat isə «Bulla Dəniz» və «Günəşli»də qazma işlərinə sərf olunacaq».

Dövlət zəmanəti qismində Maliyyə Nazirliyi çıxış edir.

S.Qasımov əlavə edib ki, müqavilələr artıq imzalanıb, müəyyən texniki məsələləri həll etmək qalıb: «ABB-nin birinci kredit tranşı çərçivəsində NEZ-in yenidən qurulmasına 50-60 milyon manat, qazma işlərinə isə təqribən 200 milyon manat ayrılıb. Hər iki kredit uzunmüddətlidir. Zavodun modernləşdirilməsinə ayrılan kredit təqribən 13 il müddətinə hesablanıb, bunun ilk 3 ili güzəştlidir. Qazma işlərinin aparılması üçün ayrılmış kredit isə 5-6 il müddətinə nəzərdə tutulub».

XS
SM
MD
LG