Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 04:34

Maaşın 10 faizi valideynlərə


Çində bir şirkətin öz işçilərinin maaşından onların valideynlərinin nəfinə avtomatik qaydada 10 faizin çıxılması barədə qərarı qızğın mübahisələrə səbəb olub.

Çində bir şirkətin öz işçilərinin maaşından onların valideynlərinin nəfinə avtomatik qaydada 10 faizin çıxılması barədə qərarı qızğın mübahisələrə səbəb olub.

Çin mətbuatı yazır ki, gözəllik salonlarına xidmət edən şirkətlərdən biri əməkdaşların “mənəvi səviyyəsini yüksəltmək” məqsədilə işçilərin maaşlarından hər ay 10 faizini onların valideynlərinə vermək barədə qərar qəbul edib.

Lu Meye şirkətinin nümayəndəsi bildirib ki, işçilərin çoxu kənd yerlərindən gəlmiş gənclərdir və onlara Çin ənənələrinin aşılanması vacibdir.

O həmçinin deyib ki, 10 faizlik qayda barədə əməkdaşlara işə daxil olarkən xəbərdarlıq edilir.

Bu müəssisədə aylıq maaşın orta hesabla 3 min yuan (470 dollar) olduğu bildirilir.

XS
SM
MD
LG