Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 20:47

Hind yazıçıları baş nazirin istefasını tələb edirlər


Narendra Modi, 2015

Narendra Modi, 2015

- Bir neçə gün əvvəl Hindistanda yazıçılar rəsmi ali ədəbi mükafatları geri qaytarmışdı. O gündən başlayan protestlər böyüyərək, yazıçılarla baş nazir arasında açıq qovğaya çevrilib.

Onlarca yazıçı baş nazir Narendra Modinin istefasını tələb edir.

40-dan artıq tanınmış romançı, esseist, dramaturq, şair ölkədəki zorakılıq, intellektuallara qarşı hücumlar qarşılığında sakit qala bilməyəcəklərini deyirlər.

Hindistanın Milli Ədəbiyyat Akademiyası adlanan rəsmi yazıçı təşkilatı sekulyar dəyərləri təbliğ edən yazıçı Malleshappa Kalburgi’nin öldürülməsi üzərindən sükutla keçib. Yazıçıları qəzəbləndirən faktlardan biri budur.

Tanınmış hind yazıçısı Salman Rshdie Hindistandakı həmkarlarına dəstək verib, “hökumətin susqunluğunun yeni zorakılıq dərəcələrinə rəvac verdiyini” deyib.

Hökumətsə yazıçıların protestlərini tənqid edir. Onları siyasətə qarışmaqda ittiham edir.

“Əgər yaza bilmirlərsə, onda yazmasınlar” – Hindistanın mədəniyyət naziri Mahesh Sharma üsyan edən yazıçıların ünvanına deyib.

XS
SM
MD
LG