Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:55

Serial bağlanandan sonra jurnalisti ölümlə hədələyirlər


Orxan Bahadırsoy
Orxan Bahadırsoy

- Gənc yazar və jurnalist Orxan Bahadırsoy Azadlıq Radiosuna göndərdiyi məktubunda deyir: “İki gün əvvəl ATV-da yayımlanan "Qaynanamız" serialı ilə bağlı yazı yazıb yayımlamışdım. Dünən isə MTRŞ-nın qərarı ilə həmin serialın yayımı 1 aylıq dayandırılıb.

MTRŞ-nın bu qərarından sonra həmin serialın kollektivindən mənim Facebook profilimə və telefon nömrəmə gələn təhqir və təhdid mesajlarının ardı-arası kəsilmir.”

O, məktubuna hədələyici mesajların fotolarını və zənglərin audioyazılarını, göndərən şəxslərin ad və soyadlarını əlavə edib.

“Dünən “Qaynanamız” serialının aktyorlarından biri Facebook-da yazıb nömrəmi istədi.

Mesaj mətni belə idi: "Orxan, mənə öz nömrəni yaz, səninlə çox səmimi söhbətim olacaq". Mən də telefon nömrəmi yazdım. Bu günsə zəng edib təhqir və təhdid etdi.”

O, "Sən öləcəksən. Bunu mən sənə deyirəm", "Səni ağlar günə qoyacağıq" - kimi hədələyici mesajlar alır.

Yazar özünü təhlükəylə üz-üzə hiss etdiyini və hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyir.

O, bu yaxınlarda jurnalist Rasim Əliyevin futbolçu Cavid Hüseynovun qohumları tərəfindən eyni ssenariylə görüşə çağrıldığını və öldürüldüyünü xatırladır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG