Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 00:46

M.Dzemilev Ukraynanın xalq qəhrəmanı oldu


Mustafa Dzhemilev

Krım tarlarının lideri, Ukrayna prezidentinin Krım tatarları üzrə səlahiyyətli nümayəndəsi və Ukraynanınxalq deputatı Mustafa Dzemilevə “Ukraynanın Xalq Qəhrəmanı” ordeni verilib.

Bu barədə Krım tatarları məclisinin mətbuat xidməti məlumat verir.

Ordeni Dzemilevə keçmiş Gürcüstan prezidenti və Ukraynanın Odessa vilayətinin qubernatoru Mikheil Saakashvili təqdim edib.

Təqadimat mərasimi oktyabrın 13-də Odessadakı opera teatrında keçirilib.

Dövlət mükafatı olmayan “Ukraynanın Xalq Qəhrəmanı” ordeni 2015-ci ildə təsis olunub, Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparan Ukrayna və xarici vətəndaşlara verilir.

Mustafa Dzemilev və Krım tatarlarının digər liderləri Krımda tatarların milli muxtar ərazilərini yaratmaq istəyirlər.

O Krımın blokadasının əsas təşəbbüskarlarından biridir.

Rusiya 2014-cü ildə Krımı ilhaq edib və Mustafa Dzemilev hazırda Ukraynada yaşayır.

XS
SM
MD
LG