Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Yağış yağacaq


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında az yağış yağacaq.

Günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Abşeron yarımadasında gecə 12-15, gündüz 16-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da arabir yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 17-ə qədər davam edəcək.

XS
SM
MD
LG