Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:14

İkinci Axundov...


Süleyman Sani Axundov
Süleyman Sani Axundov

-

Oktyabrın 21-də, saat 12.00-də görkəmli dramaturq, nasir Süleyman Sani Axundovun anadan olmasının 140 illiyinə həsr olunmuş «İkinci Axundov» adlı tədbir keçiriləcək.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, bu qurumun təşkilatçılığı ilə keçiriləcək tədbir M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında baş tutacaq.

Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşada Rzaqulu bəy Axundovun ailəsində doğulub.

Onun anası görkəmli maarifçi, «Vətən dili» dərsliyinin həmmüəlliflərindən Səfərəli bəy Vəlibəyovun bacısı Dürnisə xanım olub.

Atasını erkən itirən Süleyman dayısının himayəsində böyüyüb və ilk təhsilini də ondan alıb.

Həmsoyadı böyük Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə «ikinci» mənasını verən «Sani» sözünü özünə ləqəb götürüb.

Elə ilk qələm təcrübəsini də Mirzə Fətəlinin «Hacı Qara» komediyasının təsiri ilə yazıb («Tamahkar»).

Süleyman Sani Qori Müəllimlər Seminariyasını bitirən ilk ziyalılardandır.

Yazıçının XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında böyük xidmətləri olub.

Onun «Qorxulu nağıllar» (1912-1914) adı altında yazdığı «Əhməd və Məleykə», «Abbas və Zeynəb», «Nurəddin», «Qaraca qız», «Əşrəf»hekayələri Azərbaycan uşaq ədəbiyyatının incilərindəndir.

«İkinci Axundov» 1939-cu il martın 29-da Bakıda dünyadan köçüb.

XS
SM
MD
LG