Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Mart, çərşənbə, Bakı vaxtı 18:06

Leyla Nənə. Vizual şeir


Leyla Nənə

- BUXAR

bir gün o olacaq ki,
qarşımda dodaqlarını dişləyə
n
dişlərini sıxa
n
...
mətbəxdəki kran xarab olub
dımg dımg damlayır
gedib kranın dəstəyini sıxıram su kəsilir
çaydan da buxar buxar
...
n
a
n
a
l
r
a
x
u
qarşımda bu çaydan kimi b
sonra öz içinin buxarına dözə bilməyib,
sonra da
sıxılan dəstəyinə rəğmən kran kimi
içindəki damlaları 1 - 1 deyil,
tək tək axıdan
bu qızlar
bəs unudarsa çaydana su tökməyi, sonra buxarlanmağı
həm də istəyərsə güclü bir kran kimi olmağı
necə olar?
çaydanın qapağını açıb görürəm,
su buxarlanıb bitib
çaydanın içi çatlayıb tökül
üb.

XS
SM
MD
LG