Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:50

Azərbaycan türmələri haqda yeni kitab


- Həbsxana həyatından yazdığı roman və povestləri ilə tanınan yazıçı Rövşən Yerfinin “Qazamat sanitarları” adlı yeni romanı çapdan çıxıb.
"Zero" nəşriyyatında işıq üzü görən kitabda cəza yerlərinin müasir həqiqətlərindən danışılır.
Təsvir edilən əhvalatlar oxucuya həbsxanada bir-biri ilə sərt təzadları olan təbəqələr arasındakı münasibətlərdən və başqa məsələlərdən bəhs edir. Kitaba “Residivist” povesti də əlavə olunub.
Rövşən Yerfi məhbəs mövzusunda olan “Üzdəniraq ada”, “Qadın düşərgəsi” və "Penitensiar lövhələr” adlı kitabların da müəllifidir.
Yeni kitabın təqdimat mərasimi 18 oktyabrda “Kitabevim.az” kitab mağazasında keçiriləcək.
XS
SM
MD
LG