Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 12:32

İ.Əliyev:"9 ayda 3,7 faiz iqtisadi artım olub"


İlham Əliyev

“Bu il dünyada davam edən böhran, neftin qiymətinin kəskin düşməsi, ölkəmizə qarşı əsassız təzyiqlər və bəzi hallarda təxribatlara baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatı inkişaf edib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclasında deyib.

İlham Əliyevin sözlərinə görə, bu müddət ərzində iqtisadiyyat 3,7 , sənaye istehsalı 2,1, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı isə 6,7 faiz artıb.

Prezidentin sözlərinə görə, bu müddət ərzində inflyasiya 3,7 faiz olub, əhalinin pul gəlirləri 5,8 faiz artıb və ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulub.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG