Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 05:06

XİN:"Bir sıra saytlar qeydiyyatdan keçməyib"


Hikmət Hacıyev

“Meydan TV” adı altında özünü təqdim edən qurum və “Azadlıq.org” saytı Azərbaycanda rəsmi fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməyib”.

Bunu AzVision.az saytına Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, “Meydan TV” və “Azadlıq.org” qeydiyyatdan keçmək üçün nazirliyə müraciət etməyiblər.

Hikmət Hacıyev qeyd edib ki, “BBC Azərbaycan” xidmətinə gəldikdə isə bu qurum və əməkdaşları mütəmadi olaraq akkreditasiyadan keçirlər.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bundan əvvəl “İnteraz”, “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV” internet saytı və bir sıra digər xarici media orqanlarının bu günədək ölkə daxilində qanunsuz fəaliyyət göstərdiklərini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG