Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 20:31

XİN: "Ölkəyə girişə icazə daxili məsələdir"


Hikmət Hacıyev

“Hər hansı xarici vətəndaşın ölkəyə daxil olmasına icazə verilməməsi Azərbaycanın suveren hüququdur”. APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev “Amnesty International” təşkilatının iki əməkdaşının Azərbaycana buraxılmamasına toxunarkən bildirib.

O qeyd edib ki, əcnəbi vətəndaşların Azərbaycan ərazisinə daxil olması dövlət sərhədi və miqrasiya haqqında qanunlar, digər hüquqi sənədlər əsasında tənzimlənir.

Hikmət Hacıyev həmçinin beynəlxalq medianın Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük diqqət yetirdiyini qeyd edib.

O bildirib ki, “KİV haqqında” yerli qanuna əsasən xarici media nümayəndələrin qeydiyyatı ilə bağlı müraciətlərə xarici işlər nazirliyi baxır və beynəlxalq KİV vasitələrinin seçkilərə böyük diqqət yetirməsi müsbət haldır.

Günün bütün mövzuları

XS
SM
MD
LG