Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 22:36

Bəbiri öldürən Astara sakini həbs edilib


Bəbir.
Bəbir.

-

Oktyabrın 8-də Astara rayonunun Sım kənd sakini Natiq Böyükağazadə ov tüfəngi ilə meşədə bəbir öldürüb. O, heyvanın dərisini Çükəş kəndindəki qohumu Səməd Fərəcovla birlikdə satmaq istəyib.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları onları saxlayıblar.

Bəbirin ovlanması qadağan olunub, Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı kitabına daxil edilib.

Faktla bağlı Baş Prokurorluqda CM-nin 258.2.3-cü (qanunsuz ov etmə, ovlanması tamamilə qadağan edilmiş heyvanlara qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

N.Böyükağazadə haqqında həbs-qətimkan tədbiri seçilib.

Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb.

XS
SM
MD
LG