Keçid linkləri

2026, 30 May, şənbə, Bakı vaxtı 16:22
Ankara arxiv fotosu
Ankara arxiv fotosu

AzadlıqLive - Terrorda şübhəli bilinən qadın Azərbaycan vətəndaşıdır

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyə bilərsiz

15:31 15.10.2015

Yumurta 8 qəpikdən 13 qəpiyə qalxıb

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyir ki, tələbat təklifi üstələdiyi üçün payız-qış aylarında yumurtanın qiymətində artım müşahidə olunur.

Ekseprtin sözlərinə görə, ölkə tələbatı təxminən 2 milyard 600 milyin ədəddir: “Yerli istehsal tələbatın 50 faizini belə ödəmir. Ölkədə təxminən 1 milyard 300 milyon yumurta istehsal olunur”.

15:06 15.10.2015

Ərəblərə görə Azərbaycan vətəndaşı cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, əcnəbi ölkə vətəndaşlarının bir neçə gün ərzində Azərbaycanda qonaq olmaları və Saatlı rayonunda ov etmələri barədə mətbuatda yayılan məlumatı araşdırıblar:

«Araşdırmalar zamanı məlum olub ki, Vüsal Ağayev adlı şəxs bilavasitə qonaqları müşayiət edib, onların Azərbaycanda gəzintisini, istirahətini və ov etmələrini təşkil edib. Lakin bu şəxs qanuna müvafiq qaydada lisenziya alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarına müraciət etməyib». Nazirlikdən bildirirlər ki, Vüsal Ağayev İnzibati Xətalar Məcəlləsinin 111.2 maddəsinə əsasən 18 min 500 manat cərimələnib.

14:19 15.10.2015

Yolda inzibati xətalara baxmaq da Ziya Məmmədovdan alındı

Azərbaycan prezidentinin 14 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli səlahiyyətləri alınaraq Dövlət Yol Polisinə verilib.

Hüquqşünas Ərşad Hüseynov AzadlıqRadiosuna bildirib ki, “Nəqliyyat Nazilriyinin müfəttişləri lisenziyasız fəaliyyət göstərmə, taksi fəaliyyəti üçün lisenziya şərtlərinin və sərnişin daşıma qaydalarının pozulması, ağır yük maşınlarının icazə verilən həddən artıq yük daşıması və s. qayda pozuntuları baş verdikdə sürücünü məsuliyyətə cəlb edirdilər. İndi bu səlahiyyət yol polisinə verilib”.

13:50 15.10.2015

Dünyada Din Azadlığı hesabatı çıxdı : Azərbaycanda 52 dustaq

ABŞ dövlət katibi John Kerry 2014-cü il üçün Dünyada Din Azadlığına dair İllik Hesabatı açıqlayıb.Hesabatda əsas diqqət tənqid və tövsiyələrə yox, ölkələr üzrə vəziyyətin və din azadlıqları sahəsində baş vermiş əhəmiyyətli hadisələrin təsvirinə yönəldilib.

Hesabatın Azərbaycana aid bölümündə qeyd olunur ki, hazırda Azərbaycanda siyasi məhbus sayılan 52 dini fəal var.

Bu da qeyd olunur ki, Azərbaycan ötən il razılaşdırılmamış dini toplantılara reydlərini davam etdirib. Belə toplantılardan bəzilərində ilahiyyatçı Səid Nursinin əsərləri qiraət edilirdi.

Gülen hərəkatı ilə əlaqələrdə şübhəli bilinən hökumət rəsmiləri vəzifələrindən kənarlaşdırılıblar

Sənəddə bildirilir ki, dini icmaların qeydiyyatındakı məhdudiyyətlər “qeyri-ənənəvi” din və təriqətləri belə bir imkandan məhrum edir. Belələrinə misal olaraq “Yehovanın Şahidləri” və bir sıra islami qruplar göstərilir.

Davamı

XS
SM
MD
LG