Keçid linkləri

2026, 30 May, şənbə, Bakı vaxtı 19:30
Ankara arxiv fotosu
Ankara arxiv fotosu

AzadlıqLive - Terrorda şübhəli bilinən qadın Azərbaycan vətəndaşıdır

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyə bilərsiz

13:18 14.10.2015

Nazir: maaşlar gələn il artacaq

Azərbaycan vətəndaşları seçkilər öncəsində hökumətin maaşları artırmasına alışsa da, bu dəfə belə olmayıb. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oktyabrın 13-də Milli Məclisdəki çıxışında maaşların gələn il artırılacağını söyləyib.

Nazir 2016-cı ildə orta aylıq əməkhaqqının 474 manat 50 qəpiyə çatdırılacağını bildirib. Bu il sentyabrın 1-dək olan rəsmi məlumata görə, orta əməkhaqqı 458 manat 90 qəpikdir.

13:14 14.10.2015

Pambığı kola yapışdırdılar(?!)

Özbəkistanda Fərqanə vilayətinin icra hakimiyyəti baş nazirin mümkün gəlişinə hazırlıq olaraq adamlara yığılmış pambığı yenidən kollara yapışdırmaq göstərişi verib.

Xəbər verilir ki, yerli hakimiyyət bununla tarlalardakı “pambığın bolluğu” ilə öyünmək istəyib.

AzadlıqRadiosunun Özbək xidməti xəbər verir ki, pambıq yapışdırılmağına yapışdırılıb, amma hörmətli qonaq gəlməyib.

13:10 14.10.2015

Türkiyə öz içində özü ilə savaşda

«1993-cü ildə «Foreign Affairs» jurnalında dərc olunmuş «Sivilizasiyaların toqquşması» başlıqlı məqaləsində mərhum Samuel Huntington Türkiyəni «parçalanmış ölkə» kimi təsvir edirdi. Huntington-un fikrincə, Türkiyənin Qərb üslublu siyasi qurumları ilə cəmiyyətinin islamçı mədəni və sivil əsasları arasında barışmaz ziddiyyətlər mövcuddur. Bu, xeyli mübahisəli fikir olsa da, Türkiyənin indiki baş naziri Ahmet Davutoğlu da 1984-cü il dissertasiyasında oxşar iddia ilə çıxış edib. Professorların heç biriylə razı deyiləm. Türkiyə, onların dediyi kimi, «parçalana» bilməz, bu ölkə öz-özünü elə özüylə savaşda parçalayır».

«The Atlantic» portalında Steven A.Cook belə yazır.

13:06 14.10.2015

Şair kimə lazımdır?

Lənkəranda yaşayan satirik şair Tofiq Həsənlini oktyabrın 13-də, axşam saat 21:00 radələrində Bakının Qala kəndində naməlum şəxslər oğurlayıb.

Onun hara aparıldığı bəlli deyil.

Bu haqda Tofiq Həsənlinin dostları sosial şəbəkələrdə məlumat yayıb.

Şairin dostları onun anasının videomüraciətini yayıblar.

Davamı

XS
SM
MD
LG