Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 01:57

-

Parlament seçkilərində indiyə kimi 1246 nəfərin namizədliyi qeydə alınıb.

Bu rəqəmi Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlayıb.

Namizədlərin qeydiyyat mərhələsi oktyabrın 9-da başa çatıb. Həmin vaxt qeydə alınanların sayı 1234 idi.

Məzahir Pənahov deyib ki, bu müddət ərzində onlar qeydiyyatla bağlı bəzi şikayətlərə baxıblar. Nəticədə qeydiyyatdan imtina ilə bağlı dairə seçki komissiyalarının bəzi qərarları ləğv edilib. Bununla da daha 12 nəfər deputatlığa iddiaçının namizədliyi qeydə alınıb.

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək. Milli Şura və Azərbaycan Demokrat Partiyası bu seçkilərdən imtina ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG