Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 14:57

“Qəbələ” “Qarabağ”a qalib gəldi


Arxiv fotosu

-

“Avro-2016”nın seçmə mərhələ oyunları ilə bağlı Azərbaycan Premyer Liqasında yaranmış fasilə müddətində yerli futbol klubları hazırlıqlarını davam etdirirlər.
Azərbaycanı UEFA Avropa Liqası yarışlarında təmsil edən “Qəbələ” və “Qarabağ” komandaları oktyabrın 11-də öz aralarında hazırlıq oyunu keçirib.

Qəbələdə keçirilən matçda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

“Qarabağ” Avroliqanın qrup mərhələsi çərçivəsində oktyabrın 22-də Fransada “Monako”nun qonağı olacaq. “Qəbələ” isə Almaniyanın “Borussiya” (Dortmund) klubunu Bakıda qəbul edəcək.

XS
SM
MD
LG