- "Müasir dövrdə Qərbdə kitab təqdimatları ilə yanaşı, həm də ədəbi oxu tədbirləri geniş yayılıb.
Kitabxanalar, mədəniyyət mərkəzləri, kitab klubları, kitab sərgiləri, ədəbiyyat cəmiyyətəri və s. müəlliflərlə canlı görüşlər təşkil edir, müəllifin öz ifasında onun əsərini oxuculara çatdırırlar."
Vüqar Dəmirbəyli
FRANKFURTDA ƏDƏBİYYAT YARIŞI
Oktyabrın 9-da Almaniyanın Frankfurt-Main şəhərindıə növbəti ədəbiyyat yarışı (Poetry Slam) keçirildi. Yarışda 12 müəllif və bir müəllif dueti şer və hekayələrini oxudular.
Frankfurtla yanaşı, Almaniyanın başqa şəhərlərindən, həmçinin Avstriyadan, Fransadan və Cənubi Afrika Respublikasından olan müəlliflər də bu tədbirə qatılmışdılar.
Tədbirdə azərbaycanlı yazıçı Vüqar Dəmirbəyli (Aslanov) də iştirak edib, öz "Daşqın və ölümlülük” hekayəsini oxudu.
Aparıcılar Dəmirbəylini Frankfurtda yaşayan, əslən Azərbaycandan olan yazıçı kimi təqdim etdilər.
Kaiserslautern/Heideberg-dən olan müəlliflər dueti yarışın qalibi oldu və pul mükafatı qazandı.
Dünyanın bir çox ölkələrində, həm Şərqdə, həm Qərbdə qədimdən şairlərin yarışı keçirilir.
Bir çox ərəb ölkələrində, İndoneziyada və s. bu gün də ədəbi yarışmanın güclü ənənələri var.
Azərbaycanda vaxtilə çox yayılmış olan aşıqların yarışması bu gün populyar olmasa da, meyxanaçıların yarışması indi daha geniş yayılıb.
Avropda orta əsrlərdə səyyar aktyorlarla yanaşı, həm də trubadurlar və minezingerlər var idi.
Ölkənin ictimai-mədəni həyatında yaxından iştirak etməyə çalışan bu şairlər kəndləri, şəhərləri gəzib öz bədii əsərlərini xalqa bu yolla çatdırıdılar.
Müasir dövrdə Qərbdə kitab təqdimatları ilə yanaşı, həm də ədəbi oxu tədbirləri geniş yayılıb.
Kitabxanalar, mədəniyyət mərkəzləri, kitab klubları, kitab sərgiləri, ədəbiyyat cəmiyyətəri və s. müəlliflərlə canlı görüşlər təşkil edir və müəllifin öz ifasında onun əsərini oxuculara çatdırırlar.
Poetry Slam deyilən ədəbi yarışma isə Çikaqoda meydana gəlib. Onu ilk dəfə təşkil edən Marc Kelly Smith ədəbi oxunun üfüqlərini genişləndirərək və onun bəzi prinsiplərindən faydalanaraq, Poetry Slam adı altında müasir ədəbi yarışmanı ortaya qoyub.
İlk Poetry Slam tədbiri 1986-cı ilin iyul ayında Çikaqonun “The Green Mill” kafesində baş tutub, 1990-cı ildə isə ABŞ-da ilk milli Poetry Slam yarışı keçirilib.
Sonradan ABŞ-da televiziya və radio vasitəsilə yayılan canlı Poetry Slam tədbirəri bu ədəbi yarışın ölkədə böyük populyarlıq qazanmasına gətirib çıxarıb. Bundan sonra isə Poetry Slam Avropa ölkələrində sürətlə yayılmağa başlayıb.
1990-cı illərin əvvəllərində Almaniyada ingilisdilli Poetry Slam keçirmək üçün təşkilatçıları və müəllifləri ABŞ-dan dəvət edirdilər, bununla yanaşı, Almaniyanın bir çox şəhərlərində almandilli Poetry Slam keçirməyə də cəhd olunurdu.
1996-cı ildə Münhendə, o cümlədən Fankfurt-Mayn və Berlin şəhərlərində eyni vaxtda ilk ümümalman Poetry Slam yarışı keçirildi.
Getdikcə də bu yarışlar daha kütləvi xarakter almağa başladı. Hazırda Almaniyanın müxtəlif şəhərlərində daimi fəaliyyət göstərən 130 Poetry Slam klubunun olduğu bildirilir ki, bu klublar da adətən ayda bir dəfə ədəbi yarış təşkil edirlər.