Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 03:34

«Digiturk» bu kanalların yayımını dayandırdı


Foto illüstrasiya.

-

Ankara Cümhuriyyət Baş Prokurorluğu apardığı istintaqla bağlı «Tivibu» və «Digiturk»a məktub göndərərək bəzi kanalları platformasından çıxarmasını istəyib. Bu kanallar «paralel hökumət»ə (nurçular) xidmətdə ittiham olunurlar. «Türkiye Gazetesi» yazır ki, «Tivibu» və «Digiturk»dan sonra gözlər «Türksat»a dikilib. Baş Prokurorluğun «Türksat»a da eyni məktubla müraciət edəcəyi gözlənilir.

Sözügedən kanallar «Samanyolu TV», «Mehtap TV», «S Haber» (Samanyolu Haber), «Kanaltürk», «Bugün TV», «Yumurcak TV» və «Irmak TV»dir. Bu kanalların «Türksat»dan da çıxarılacağı haqda təlimatın gəldiyi haqda məlumatlar dolaşır.

«Digiturk»un rəsmi internet saytında bununla bağlı verilən açıqlamada deyilirdi ki, Baş Prokurorluqdan gələn rəsmi sənədə uyğun olaraq adı sadalanan kanalları yayımlamayacaq.

XS
SM
MD
LG