Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:50

Polis rəisi DİN-də yüksək vəzifəyə təyin edildi


Sahib Mirzəyev
Sahib Mirzəyev

-

Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.

APA-nın məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.

Sumqayıt şəhər Polis İdarəsinin rəisi vəzifəsi isə hələlik boşdur.

Daxili Tədqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev bir müddət əvvəl dünyasını dəyişib.

XS
SM
MD
LG