Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:40

MN: Ermənilər cəbhədə çoxlu itki verib


Qarabağda erməni əsgəri.
Qarabağda erməni əsgəri.

-

Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində döyüş toqquşması baş verib. Bu zaman qarşı tərəfdən 6 nəfərədək hərbi qulluqçunun öldüyü, Azərbaycanın bir hərbçisinin yaralandığı deyilir.

Nazirlik Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət etdiyini bildirir.

Ötən sutka ərzində atəşkəs rejimi ümumilikdə 79 dəfə pozulub. Qarşı tərəfin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 81 dəfə atəş zərbəsi endirib.

Atəşkəs haqda razılaşma 1994-cü ildə imzalanıb. Son bir neçə ayda atəşkəs hər gün pozulur, vaxtaşırı hərbi qulluqçuların və dinc sakinlərin ölümü, yaralanması haqda məlumatlar gəlir.

XS
SM
MD
LG