Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:44

"Sülh Nobeli" Tunisə getdi


- Nobel Sülh Mükafatının 2015-ci il qalibi elan edildi.

Qalib Tunis Milli Dialoq Dördlüyüdür. Tunisdə plüralist, demokratik ölkə quruculuğuna xidmətlərinə görə.

Bu dördlükdə Tunisin dörd vətəndaş cəmiyyəti təşkilatı birləşir.

Bu mükafata əsas namizədlər iqtisadi ədalət mesajları verən Papa Francis, Yaxın Şərq qaçqınlarını qəbul etmək qərarı verdiyinə görə Almaniyanın federal kansleri Angela Merkel hesab olunurdu.

Digər şanslı namizədlər bunlar idi:

Mussie Zerai, Afrikadakı Eritrea dövlətindən olan keşiş. Qaçqınlar üçün humanitar təşkilat yaratdığına görə

Denis Mukwege, Konqo Demoratik Respublikasından olan ginekoloq. Minlərlə zorlama qurbanını pulsuz müalicə etdiyinə görə

Clive Stafford-Smith, veteran insan haqları müdafiəçisi

John Kerry və Javad Zarif, ABŞ və İran xarici işlər nazirləri, tarixi nüvə anlaşmasına görə

Medecins Sans Frontieres xeyriyyə təşkilatı, Qərbi Afrikadakı Ebola nailiyyətinə görə.

XS
SM
MD
LG