Birləşmiş Millətlər Təşkilatı bir neçə ay davam edən gərgin danışıqlardan sonra Liviayada milli birlik hökumətinin yardılmasını təklif edib.
2014-cü ildən bəri Liviyada iki hökuimət var. Onlardan biri islamçıların dəstəklədikləri Tripoli hökuməti, digəri isə beynəlxalq bilrik tərəfindən tanınan Liviya hökumətidir.
BMT nümayəndəsi Bernardino Leon Mərakeşdə etdiyi çıxışda bildirib ki, Fayez Sarraj baş nazir vəzifəsinə təklif edilib.
O bildirib ki, başqa nazir postları da artıq bölüşdürülüb.
Cənab Leon deyib ki, milli barışıq hökumətinin yardılması üçün ölkənin bütün regionlarında 150 şəxlə danışqılar aparılıb.
Lakin indi əldə olunmuş razılaşmanın qüvvəyə minməsi üçün onun ikiyə bölünmüş ölkənin iki parlamentində ratifikasiya olunması gərəkdir.