Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 05:44

Lionel Messi həbs oluna bilər


Lionel Messi
Lionel Messi

İspaniya prokurorluğu Barselona "nın futbolçusu Lionel Messi və atası 22 ay həbs cəzası istəyib. O, vergidən yayınmaqda ittiham olunur.

Bu barədə BBC-i və yerli mətbuat məlumat yayıb.

Onlar 4 milyon avrodan çox gəliri vergidən gizlətməkdə ittiham olunurlar.

Prokuror bildirib ki, onlar 2007-2009-cu illərdə Belize və Uruqvaydakı ofşor şirkətlər vasitəsi ilə vergidən yayınıblar.

Məhkəmənin vaxtı hələlik müəyyən edilməyib.

Prokurorluq bundan əvvəl onun təqsirsiz olması barədə qərar qəbul eləmişdi, amma hakim sonradan işi davam etdirmək qərarına gəlib.

XS
SM
MD
LG