Keçid linkləri

2026, 06 İyun, şənbə, Bakı vaxtı 21:41

Ana və 3 yaşlı oğlu kanala düşüb

Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Yevlax rayonunun İsmayılabad kəndində ana və üçyaşlı övladı su kanalına düşüb.

Bu barədə Report-a Yevlax rayon Prokurorluğundan məlumat verilib.

Kənd sakini Səbinə Əkbərova və üçyaşlı oğlu Ayxan kənd ərazisindəki kanalın üzərindəki taxta körpüdən keçən zaman kanala yıxılıblar. Ana xilas olsa da, axar su üçyaşlı Ayxan Ələkbərovu aparıb. Azyaşlı suda boğularaq ölüb.

Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri uşağın meyitini çıxararaq ailəsinə təhvil verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisəyə səbəb kimi kanalın üzərindəki taxta körpünün sürüşkən olması göstərilir.

This item is part of
XS
SM
MD
LG