Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:21

Vəzifəli şəxslər barəsində cinayət işi başlanıb


Manat.
Manat.

-

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Maşın Sınaq Stansiyasının rəhbərliyi barədə cinayət işi qaldırılıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, stansiyanın direktoru və müəssisənin digər rəhbər şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. İstintaq onlarınrəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsindən, müəssisədə faktiki işləməyən şəxslərin adlarına əmək haqları yazmasından şübhələnir.

İstintaq hesab edir ki, Dövlət Maşın Sınaq Stansiya rəhbərliyi 220 min manatdan çox vəsaiti mənimsəyib.

Faktla bağlı CM-nin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

XS
SM
MD
LG