-
İTV ödənişli seçkiqabağı təşviqat aparılması üçün İctimai Televiziya və Radionun tarif cədvəlini açıqlayıb.
Çıxışların 1 saniyəsi həftənin müxtəlif günlərdə müxtəlif saatlar üçün 20, 22, 24, 30, 35, 50 manat arasında dəyişir.
Ən ucuz çıxış həftənin 1-6-cı günlərində, saat 11:50-dəki çıxışdır. Saniyəsi 20 manat. Ən bahalı vaxt yenə 1-6-cı günlərdə saat 20:20-dəki çıxışdır. Saniyəsi 50 manat.
İctimai Radioda isə qiymət hər saniyəyə görə 7-25 manat arasında dəyişir.
Parlament seçkiləri üzrə təşiqat kampaniyası oktyabrın 9-dan 31-dək davam edəcək. Seçkilər noyabrın 1-dədir.